İbrahimoviç: “Ola bilsin ki, bir gün ora qayıdacam”

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç MLS-də keçirdiyi vaxtdan qürur duyduğunu bildirib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, isveçli futbolçu, bəlkə bir gün yenə ABŞ-a qayıdacağını deyib:

“MLS-də oynadığım üçün çox fəxr edirəm. Bu çempionat üçün çox yaxşı idim və bunu sübut etdim. Ola bilsin ki, bir gün ora qayıdacam”.

İbrahimoviç 2018-2019-cu illərdə “Los Anceles Qalaksi”də çıxış edib.