İbrahimoviç nə vaxt qayıdır?

İtaliyanın “Milan” klubunun zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, isveçli hücumçunun müalicəsi uğurla davam etdirilir. Onun yanvarın 18-də keçiriləcək “Kalyari” ilə oyuna hazır olacağı bildirilir.

İbrahimoviç noyabrın sonlarından zədədən əziyyət çəkir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button