İbrahimoviç milli komandaya qayıdır

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç İsveç millisindəki karyerasını bərpa edə bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 39 yaşlı futbolçu millinin baş məşqçisi Yanne Andresson və İsveç Futbol Federasiyasının nümayəndəsi ilə görüşüb. Görüşdə futbolçunun milli karyerasını bərpa etməsi müzakirə olunub. Zlatanın milliyə mümkün dönüşünə müsbət yanaşdığı bildirilir.

İbrahimoviç 2016-cı ildə İsveç millisindəki karyerasını bitirdiyini açıqlayıb.