İbrahimoviç qayıtdı

“Milan”ın koronavirusa yoluxan futbolçusu Zlatan İbrahimoviç sağalıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bir müddət əvvəl koronavirus testi pozitiv çıxan isveçli hücumçu komandaya qoşulub. O, bu gündən məşqlərə başlayıb.