“İbrahimoviç “Milan”ın layihəsinin bir parçasıdır” – Maldini

“Milan”ın texniki direktoru Paolo Maldini açıqlama verib.

Komanda.az “Sky Sport İtalia”ya istinadən xəbər verir ki, klub rəsmisi, “qırmızı-qaralar”la avqustda müqavilə müddəti bitəcək Zlatan İbrahimoviçlə bağlı danışıb:

“Bu il klubda yeni şeylər yaratdıq, növbəti mövsüm də onların inkişafına çalışmalıyıq. Klub idarəetməsində çalışanda səbr etməyi daha çox öyrənirik. İşimizin təməli budur.

İbrahimoviç “Milan”ın layihəsinin bir parçasıdır. Onunla danışıqlar asan keçməyəcək, amma Zlatanı komandada saxlamaq niyyətindəyik. Onun yanında inkişaf edə biləcək bir çox gənc futbolçumuz var”.