İbrahimoviç koronavirusa qalib gəldi

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç koronavirusdan sağalıb.

Komanda.az xəbər verir ki, bu barədə 39 yaşlı hücumçu “Tvitter” hesabında məlumat yayıb:

“Özümü daha yaxşı hiss edirəm. Həkimlər mənə yaxşılaşdığımı və karantinin bitdiyini söylədi. Onlar artıq çölə çıxa biləcəyimi bildirdilər”.

Klub da isveçli oyunçunun koronavirus testinin ardıcıl iki dəfə mənfi çıxdığını təsdiqləyib.

Qeyd edək ki, İbrahimoviç sentyabrın 24-də koronavirusa yoluxmuşdu. Onunla yanaşı, “Milan”ın daha bir futbolçusunda – Leo Duartedə də koronavirus aşkarlanmışdı.