“İbrahimoviç inanılmaz insandır” – Donnarumma

PSJ-nin və İtaliya yığmasının qapıçısı Canluici Donnarumma “Milan”ın 40 yaşlı hücumçusu Zlatan İbrahimoviç haqda fikirlərini açıqlayıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, qolkiper, İbrahimoviçin inanılmaz insan olduğunu deyib:

“İbrahimoviç inanılmaz insandır, sözün yaxşı mənasında çılğındır. Bu oyunçunun inanılmaz düşüncə tərzi var. Ətrafındakı hər kəsə yaxşı təsir edir. O, “Milan”da mənə çox kömək edib”.

İbrahimoviç və Donnarumma əvvəllər “Milan”da birlikdə çıxış edib. Donnarumma 2021-ci ilin yayında azad agent kimi PSJ-yə keçib.