İbrahimoviç A Seriyasının tarixinə düşdü

İtaliya A Seriyasında 2019/20 mövsümünün sonuncu – 38-ci turu çərçivəsində “Milan” “Kalyari”yə 3:0 hesabı ilə qalib gəlib.

Komanda.az xəbər verir ki, “Milan”ın ikinci qolunun müəllifi olan Zlatan İbrahimoviç turnirin tarixinə keçib. İsveçli hücumçu, çempionatda mövsüm ərzində vurduğu qolların sayını 10-a çatdırıb. Bununla da, o, A Seriyasında bir mövsümdə 10 qol həddinə çatan ən yaşlı futbolçu olub. İbrahimoviç bu göstəriciyə 38 yaş 302 günlüyündə nail olub.

Bu göstəricidə indiyədək olan rekord isə “Novara”nın futbolçusu Silvio Piolaya məxsus idi. O, 1952-ci ildə komandanın heyətində 10 qol həddinə 38 yaş 127 günlüyündə çatmışdı.