İbrahim Yusubovdan Braziliyada uğurlu start

Braziliyanın Rio de Janeyro şəhərində çimərlik güləşi üzrə lisenziya xarakterli Dünya Seriyası turniri start götürüb.

Komanda.az xəbər verir ki, mayın 10-da qrup mərhələsinin ilk 2 turunun görüşləri keçirilib.

Təmsilçilərimizdən İbrahim Yusubov (80 kq) hər iki qarşılaşmadan qalib ayrılıb. Pənah İlyaslı (70 kq) hər iki görüşdə uduzub. Kənan Əliyev (90 kq) və Oyan Nəzərianinin (+90 kq) aktivində isə 1 qələbə və 1 məğlubiyyət var.

Bu gün sonuncu turun qarşılaşmaları ilə yanaşı, yarımfinal və final baş tutacaq.

Qeyd edək ki, ən ağır çəkidə hər güləşçi cəmi 2 görüş keçirir.

70 kq
1-ci tur: Pənah İlyaslı – Levan Kelexşaşvili (GEO 0:1
2-ci tur: Pənah İlyaslı – Riis Uisli Hampri (USA) 1:5
3-cü tur: Pənah İlyaslı – Huqo Migel Da Silva Passos (POR)

80 kq
1-ci tur: İbrahim Yusubov – Georgios Koluçidis (GRE) 3:0
2-ci tur: İbrahim Yusubov – Joilson de Brito Ramos Junior (BRA) 3:0
3-cü tur: İbrahim Yusubov – Marselo Antonio Kastro (CHİ)

90 kq
1-ci tur: Kənan Əliyev – Vanderson Messias Da Silva Lima (BRA) 4:0
2-ci tur: Kənan Əliyev – Məhəmməd İnam (PAK) 0:1
3-cü tur: Kənan Əliyev – Murat Özkan (TUR)

+90 kq
1-ci tur: Oyan Nəzəriani – Mamuka Kordzaya (GEO) 1:2
2-ci tur: Oyan Nəzəriani – Gilyerme Evangelista Dias (BRA) 3:0