1-ci divizionda 2-ci turun oyun cədvəli müəyyənləşdi

Futbol üzrə Azərbaycan 1-ci divizionda 2-ci turun oyun cədvəli məlum olub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, turun oyunları iki günü əhatə edəcək:

I Divizion, 2-ci tur

15 oktyabr

13:00. MOİK – Turan Tovuz
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

16 oktyabr

13:00. Sabah-2 – Kəpəz
“Bank Respublika Arena” (ehtiyat meydança)

15:00. Zaqatala – Neftçi-2
Zaqatala şəhər stadionu

15:00. Qarabağ-2 – Qaradağ Lökbatan
Bakı Olimpiya Stadionu (ehtiyat meydança)

15:00. Keşlə-2 – Sumqayıt-2
“ASK Arena”

Gəncə şəhər stadionunda aparılan renovasiya ilə əlaqədar 1-ci dövrənin görüşü “Sabah-2” – “Kəpəz”, 2-ci dövrənin oyunu isə “Kəpəz” – “Sabah-2” olaraq dəyişdirilib.