Honduras millisinin forvardı rəsmən “Sabah”da

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, paytaxt klubu 29 yaşlı hücumçu Rocer Roxas ilə 1 illik müqavilə bağlayıb.

Honduraslı futbolçu karyerası ərzində ölkəsinin “Olimpiya” (2008-14, 2015/16), Səudiyyə Ərəbistanının “Əl-İttifaq” (2014), Meksikanın “Nekaksa” (2014/15) və “Simarrones” (2016/17) klublarında çıxış edib. Onun son komandası Kosta-Rikanın “Alaxuelense” klubu olub.

Roxas Honduras millisində 32 oyun keçirib, 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button