Hollandlar ermənini qovdu

Hollandiyanın “Villem II” klubu Ermənistan millisinin futbolçusu Aras Özbilizlə icarə müqaviləsini pozub. 

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna 29 yaşlı futbolçunun “Fortuna Siddard”a 3:2 hesabı ilə qalib gəldikləri oyunda meydana əvəzetmədən daxil olmaq istəməməsi səbəb olub. Bununla da, Özbilizin qovulması qərara alınıb.

Aras Hollandiya klubundan ayrılandan sonra müqavilə ilə məxsus olduğu “Beşiktaş”a geri dönüb.

Erməni futbolçu ötən yay icarəyə verildiyi “Villem II”-nin heyətində 14 oyun keçirib və 1 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Özbiliz daha əvvəl İspaniyanın “Rayo Valyekano” və Moldovanın “Şerif” klublarında icarə əsasında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button