“Ayaks”ın hücumçusu üçün il bitdi

Hollandiyanın “Ayaks” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Amsterdam təmsilçisinin futbolçusu David Neres sıradan çıxıb. Bu barədə “Ayaks”ın baş məşqçisi Erik ten Haq yerli mətbuata açıqlamasında deyib.

Çempionlar Liqasının “Çelsi” ilə matçında (4:4) zədələnən braziliyalı hücumçu 2020-ci ilə qədər yaşıl meydanlardan uzaq qalacaq.

Neres bu mövsüm iştirak etdiyi 20 oyunda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.