Hollandiyada stadionun damı çökdü FOTO

Hollandiyanın “Alkmaar” klubunun stadionunun damı çöküb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, hadisənin güclü külək səbəbindən baş verdiyi bildirilir. “Afas” stadionunun damının çöküşü zamanı həyatını itirən və xəsarət alan olmayıb.

“Alkmaar”ın bu mövsüm ev oyunlarını harda keçirəcəyi hələ məlum deyil.