Hollandiyada mövsümün rəmzi komandası FOTO

Hollandiya Erediviziyasında 2018/19 mövsümünün rəmzi komandası məlum olub.

Komanda.az turnirin rəsmi “tvitter” hesabına istinadən xəbər verir ki, mövsümü çempion tamamlayan “Ayaks”ın 7 futbolçusu rəmzi komandada yer alıb:

Qapıçı: Andre Onana (“Ayaks”);

Müdafiəçilər: Matteys de Liqt, Deyli Blind (hər ikisi “Ayaks”), Anxelinyo, Denzel Dyumfris (hər ikisi PSV);

Yarımmüdafiəçilər: Frenki de Yonq, Lasse Şöne (hər ikisi “Ayaks”), Martin Edeqor (“Vitess”);

Hücumçular: Duşan Tadiç, Hakim Ziyex (hər ikisi “Ayaks”), Luk de Yonq (PSV).