35 yaşlı futbolçu ilə yeni müqavilə

Hollandiyanın “Ayaks” klubu futbolçusu Klaas-Yan Hunteların müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, 35 yaşlı forvardla müddəti 2020-ci ilə qədər olan yeni sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Hunteların əvvəlki müqaviləsi mövsümün sonunda bitirdi.

Karyerası ərzində PSV, “Real”, “Milan”, “Şalke” kimi klublarda forma geyinən forvard, 2017-ci ildən “Ayaks”da çıxış edir. Huntelar 76 dəfə də Hollandiya millisinin uğurları üçün çalışıb. O, yığmada 42 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button