Hindistandan “Zirə”yə – Rəsmi

Növbəti mövsüm üçün hazırlıqlarını davam etdirən “Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Zirə”, Sony Norde ilə anlaşıb. 29 yaşlı hücumçu ilə 1 illik müqavilə bağlanılıb.

Haitili futbolçu bundan öncə “Boka Xuniors B” (Argentina), “San Luis B” (Meksika), “Altamira” (Meksika), SRKC (Banqladeş), “Mohun Baqan” (Hindistan) və “Mumbay Siti” (Hindistan) klublarında çıxış edib.