Hidayət Heydərovdan Çində qızıl medal

Çin Xalq Respublikasında keçirilən cüdo üzrə beynəlxalq turnirin 2-ci günü Azərbaycan millisi üçün uğurlu olub.

Komanda.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək Çin qran prisinin qızıl medalını qazanıb.

Hidayət Heydərov Yunanıstan, Rusiya, Kanada, İsveç cüdoçularını məğlub edərək həlledici görüşdə Birləşmiş Ərəb Əmirliklərinin moldovan əsilli idmançısı Viktor Skvortovla qarşılaşlb. Rəqibini “ippon” təmiz qələbə ilə udan Hidayət Bakı “Böyük Dəbilqə”sindən iki həftə sonra Çin qran pri yarışının da baş mükafatını qazanıb.

Qeyd edək ki, Çində 43 ölkədən 298 cüdoçu mübarizə aparır. Azərbaycan beynəlxalq turnirdə 6 cüdoçu ilə təmsil olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button