“Heç nədən çəkinmirik, oyunu qazanacağıq” – “Dandalk”ın futbolçusu

İrlandiyanın “Dandalk” klubunun futbolçusu Sin Qannon Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaqları ilk oyun haqda fikirlərini bildirib.

Komanda.az “thesun.ie” saytına istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi “Qarabağ”ı məğlub edəcəklərini deyib:

“Qarabağ” yaxşı komandadır. Avrokubokların qrup mərhələlərində davamlı olaraq çıxış etmələri, hər şeyi deyir. Ancaq biz də yaxşı komandayıq. Daha əvvəl də böyük komandaları məğlub etmişik.

Heç nədən çəkinmirik, oyunu qazanacağıq. Bu, klubun mentalitetidir. Biz Avropada inkişaf etmək istəyirik. Oyuna yaxşı hazırlaşıb, “Qarabağ”ı daha yaxından tanıyacağıq”.

“Dandalk” – “Qarabağ” matçı iyulun 24-də, saat 22:45-də başlayacaq. Komandalar arasındakı cavab matçı avqustun 31-də olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button