Heç kim yaxşı oyunçusunu satmaq istəmir – Tuxel

PSJ-nin baş məşqçisi Tomas Tuxel klub rəhbərliyindən narazıdı.

Komanda.az xəbər verir ki, Tuxel Fransa mətbuatına açıqlamasında qış “transfer pəncərəsi” dövründə yetərincə oyunçu almadıqlarını deyib:

“Leandro Paredesin transferindən razıyam. Ancaq ümumilikdə qış “transfer pəncərəsi” dövrü fəal olmadıq. Bundan razı deyiləm.

Kiməsə əsəbləşmirəm. Qışda transfer etmək çətindir. Heç kim yaxşı oyunçusunu satmaq istəmir. Bir neçə fürsətimiz oldu, ancaq dəyərləndirmədik”.

PSJ qış “transfer pəncərəsi” dövründə “Zenit”dən Leandro Paredesi 40 milyon avro qarşılığında transfer edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button