“Heç-heçə bizim üçün yaxşı nəticədir” – Samir Abasov

“Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

“Əsas odur ki, bu gün uduzmadıq. Bu cür komandalara qarşı uduzmamaq öz-özlüyündə bizim üçün motivasiyadır. Birinci hissədə çox yaxşı idik, rəqibi üstələdik. İkinci hissədə müdafiəyə oturmalı olduq. Heç üzülmürük. Bu, bizim üçün yaxşı nəticədir. Futbolçular sağ olsunlar. Görüləcək işlərimiz qarşıdadır”.

Aygül Qarayeva