“Bu, bizim üçün yeni bir hekayədir” – Emeri

İngiltərə Premyer Liqasının son turunda “Nyukasl”a 2:0 hesabı ilə qalib gələn “Arsenal”ın baş məşqçisi Unay Emeri matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis, turnir cədvəlinin 3-cü pilləsinə yüksəlmələrini şərh edib:

“90 dəqiqə ərzində yaxşı oynadıq. Heç bir şansı qaçırmadıq. Çoxlu qol epizodları yaratdıq və oyuna hakim olduq. Hər matç çox çətin keçir. Vacib olan 3 xalı qazandıq. Hər oyunda öz “performans”ımızı daha da yaxşılaşdırırıq. Bu, bizim üçün yeni bir hekayədir. Hazırda turnir cədvəlində 3-cü pillədəyik, amma növbəti turda “Everton”la oyun asan olmayacaq”.

Premyer Liqada keçirdiyi 31 oyundan sonra turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “topçular”, 63 xal toplayıb və ən yaxın izləyicisi “Tottenhem”dən 2 xal irəlidədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button