Mourinyo İngiltərəyə qayıdır

Hazırda işsiz olan portuqaliyalı mütəxəssis Joze Mourinyo yenidən İngiltərəyə qayıda bilər.

Komanda.az xəbər verir ki, Mourinyo “Tottenhem” klubuna baş məşqçi təyin oluna bilər. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

“Tottenhem” rəhbərliyi Maurisio Poçettino ilə yollarını ayıracağı təqdirdə, onun yerini Mourinyo ilə doldurmağı düşünür. 2014-cü ildən “Tottenhem”i çalışdıran Poçettinonun müqaviləsi 2023-cü ilin yayına qədərdir.

London təmsilçisi Premyer Liqada 8 turdan sonra 9-cu sırada yer alır.

Baş məşqçi karyerası ərzində “İnter”, “Çelsi”, “Real” kimi klubları çalışdıran Mourinyonun son iş yeri “Mançester Yunayted” olub.