“Bu oyunda özümüz özümüzə çətinlik yaratdıq” – Sulşer

Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində “Astana”ya 1:0 hesabı ilə qalib gələn “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer matçdan sonra açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, norveçli mütəxəssis, oyunun çətin keçdiyini bildirib:

“Bu oyunda özümüz özümüzə çətinlik yaratdıq. Bu cür qarşılaşmalarda ilk 20 dəqiqə ərzində qələbəyə inam yaratmaq, sonra isə bundan həzz almaq istəyirəm. Bəzi futbolçuların oyun təcrübəsi qazanmağa ehtiyac duyduqlarını gördük, amma bu oyunda 3 xal qazanmaq xoşdur.

Düşünürəm ki, hazırda gənc futbolçularımızın əla fürsəti var. Hazır olmasaydılar, bu gün meydanda ola bilməzdilər. Onlardan bəziləri Premyer Liqada “Vest Hem”ə qarşı oynamayacaqlar”.