“Hazırda “ Barselona”nın baş məşqçisi ola bilmərəm” – Xavi

Cari mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayan Xavi, “Barselona”nın “sükanı arxasına” keçəcəyi ilə bağlı yayılan iddialara cavab verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı futbolçu, Kataloniya klubunu çalışdıracaq təcrübəyə malik olmadığını deyib:

“Hazırda “Barselona”nın baş məşqçisi ola bilmərəm. Bu, normal hal olmaz. Bir baş məşqçi olaraq sıfırdan başlamalı və özümü sübut etməliyəm. “Barselona”ya qayıtmaq və ya La Liqada hansısa klubu çalışdırmaq mənim üçün tez olar. Bir gün “Barselona”nın baş məşqçisi olmaq istəyirəm, amma bunun üçün əvvəlcə hazır olmalıyam”.

“Barselona”nın hazırkı vəziyyəti haqqında danışan ispan futbolçu, katalonların göstərdiyi oyunu təndiq edib:

“Barselona”nın keçirdiyi matçlarda oyuna diqtə etməsinin lazım olduğunu düşünürəm. Əks təqdirdə, Çempionlar Liqasını qazanmaq mümkün deyil. Hazırda onların oyuna kifayət qədər diqtə etmədiklərini görürəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button