Balotelli A Seriyası klubunda?

Hazırda azad agent statusunda olan Mario Balotelli karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Komanda.az xəbər verir ki, italyan hücumçu ilə “Breşiya” klubu yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. A Seriyası debütantının Balotelliyə illik 3 milyon avro təklif etdiyi bildirilir.

Balotellinin adı bir müddət əvvəl Braziliyanın “Flamenqo” klubu ilə hallanırdı. Ancaq hücumçu “Flamenqo”nun 2,5 milyon avroluq təklifi ilə razılaşmamış və karyerasını İtaliyada davam etdirmək istədiyini bildirmişdi.