Arda Turanın yeni ünvanı bilindi

Hazırda azad agent statusu daşıyan Arda Turanın yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi mövsümün qalan hissəsində “Qalatasaray”da forma geyinəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Arda, karyerasını bitirdikdən sonra isə “Qalatasaray”da baş məşqçi Fatih Terimin köməkçisi olacaq.

Arda Turan daha əvvəl – 2000-2011-ci illər aralığında “Qalatasaray”da çıxış edib. Yarımmüdafiəçi bundan başqa, İspaniyada “Atletiko”, “Barselona” və Türkiyədə “Başakşəhər”in formasını geyinib.