“Ehtiyacın varsa, mənə zəng et” FOTO

Hazırda azad agent olan yaponiyalı futbolçu Keysuke Hondanın “Mançester Yunayted”ə transfer mesajı yolladığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi bu dəfə “Milan” klubuna ismarıc yollayıb. Honda, rəsmi “tvitter” hesabından etdiyi paylaşımda “Milan”a kömək etməyə hazır olduğunu bildirib:

“Hər zaman sənə kömək etmək istəmişəm. Ehtiyacın varsa, mənə zəng et”.

Honda, bir müddət əvvəl “tvitter”də “Mançester Yunayted”, mənə təklif göndər. Mənə pul lazım deyil, sadəcə, əla futbolçuları olan möhtəşəm komandada oynamaq istəyirəm” paylaşımı etmişdi.

2014-2017-ci illər aralığında “Milan”da forma geyinən Hondanın son klubu Avstraliya təmsilçisi “Melburn Viktori” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button