“Mançester Yunayted”, mənə təklif göndər”

Hazırda azad agent olan yapon futbolçu Keysuke Honda “Mançester Yunayted”ə transfer olunmaq istəyir.

Komanda.az xəbər verir ki, bu barədə o, rəsmi “tvitter” hesabından paylaşım edib. Honda, etdiyi paylaşımda “Mançester Yunayted”in onu transfer etməsini istəyib:

“Mançester Yunayted”, mənə təklif göndər. Mənə pul lazım deyil, sadəcə əla futbolçuları olan möhtəşəm komandada oynamaq istəyirəm”.

2014-2017-ci illər aralığında “Milan”da forma geyinən Hondanın son klubu Avstraliya təmsilçisi “Melburn Viktori” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button