“Hazard İspaniya futbolunun gələcəyini dəyişəcək” – Martines

Belçika milli komandasının baş məşqçisi Roberto Martines “Real”a transfer olunan Eden Hazardla bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, belçikalı hücumçu haqqında danışan mütəxəssis, bunları deyib:

“Hazard mükəmməl bir keçidə imza atdı. “Real”da çıxış edə biləcək çox sayda istedadlı futbolçu var, amma belə bir klubda lider ola biləcək futbolçu azdır. O, dünyanın ən yaxşı futbolçularından biridir. Hazard İspaniya futbolunun gələcəyini dəyişəcək”.