Hamşik Azərbaycanla oyunu səbirsizliklə gözləyir – açıqlama

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Slovakiya yığmasının kapitanı Marek Hamşik açıqlama verib.

Komanda.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan 32 yaşlı futbolçu, Azərbaycan və Xorvatiya millilərinə qarşı keçirəcəkləri oyunlarla bağlı danışıb:

“Son iki oyunu səbirsizliklə gözləyirəm. Xorvatiya ilə eyni heyətə malik olmasaq da, sona qədər mübarizə aparacağıq. Xorvatlarla oyunda yaxşı nəticə qazandıqdan sonra Azərbaycanla qarşılaşmaya köklənəcəyik”.

Noyabrın 16-da xorvatların qonağı olacaq Slovakiya yığması bundan üç gün sonra Azərbaycan millisini qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button