Halldorsson rəsmən İslandiya klubunda

“Qarabağ”la yollarını ayıran İslandiya millisinin qapıçısı Hannes Halldorssonun yeni klubu rəsmən müəyyənləşib.

Komanda.az xəbər verir ki, o, gözlənildiyi kimi, ölkəsinin “Valur” klubuna keçib. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli qolkiper Reykyavik təmsilçisinə azad agent kimi keçib. Halldorsson “Valur”un aşağı yaş qrupları üzrə komandalarında qapıçılarla işləyən məşqçi kimi də fəaliyyət göstərəcək.

Xatırladaq ki, Halldorsson 2018-ci ilin iyul ayında gəldiyi “Qarabağ”la müqaviləsinə bir neçə gün öncə qarşılıqlı razılıq əsasında xitam vermişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button