Halldorsson Andorraya qarşı 90 dəqiqə oynadı – VİDEO

Futbol üzrə İslandiya yığması AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib.

Komanda.az xəbər verir ki, “Qarabağ”ın qapıçısı Hannes Halldorssonun formasını geyindiyi sözügedən komanda səfərdə Andorra ilə qarşılaşıb.

B qrupu çərçivəsində baş tutan oyun islandların qələbəsiylə başa çatıb – 2:0.

Halldorsson da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.