“Klubla danışdım və müqaviləni yeniləməyəcəyimi dedim” – Halk

Çinin “Şanxay SİPQ” klubunda çıxış edən Halkın komandadakı gələcəyi məlum olub.

Komanda.az xəbər verir ki, 33 yaşlı futbolçu klubla yeni müqavilə imzalamayacaq. Bu barədə, o, özü məlumat verib:

“Klubla danışdım və müqaviləni yeniləməyəcəyimi dedim. Bir çox ölkədən, Braziliyadan, Çindən və hətta Çempionlar Liqasında çıxış edən klublardan təkliflər var. Ən yaxşısına qərar vermək üçün təklifləri təhlil edəcəm”.

Daha əvvəl “Portu”, “Zenit” kimi klublarda forma geyinən Halk, 2016-cı ildə 55,8 milyon avroya “Şanxay SİPQ”-ə keçib. Onun klubla müqaviləsi bu ilin sonunda bitir.