Halilhociç istefaya göndərildi

Futbol üzrə Mərakeş yığmasının baş məşqçisi Halilhociç istefaya göndərilib.

Komanda.az xəbər verir ki, bosniya və herseqovinalı mütəxəssislə müqaviləyə rəsmən federasiya prezidenti Fuzi Lakca Tanzaniyadan qayıtdıqdan sonra xitam veriləcək. Lakca hazırda Afrika Futbol Konfederasiyasının iclasında iştirak edir.

Mərakeş millisi Halilhociçin rəhbərliyi altında 30 oyunun 20-dən qələbə, 7-dən heç-heçə, 3-dən məğlubiyyətlə ayrılıb. 70 yaşlı mütəxəssis əvvəllər Fransanın “Nant”, PSJ, Türkiyənin “Trabzonspor” və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandalarında çalışıb. O, Əlcəzair, Yaponiya, Fil Dişi Sahili yığmalarına da rəhbərlik edib.

Halilhociç dörd fərqli ölkə millisinə dünya çempionatlarına vəsiqə qazandırmış ilk baş məşqçidir.