“Haland “Real” kimi komandalara keçsə, əsas futbolçu ola bilməyəcək”

Almaniyanın “Borussiya” (Dortmund) klubunun idman direktoru Hans-Yoahim Vatske komandanın gənc hücumçusu Erlinq Halandın gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az “Kicker”ə istinadən xəbər verir ki, klub rəsmisi, 20 yaşlı futbolçunun Dortmund təmsilçisindən ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib:

“Halandın bu il komandadan ayrılacağını düşünmürəm. Həm Erlinq, həm də onun meneceri Mino Rayola klubda onları nəyin gözlədiyini bilir. Halanda sadəcə Robert Levandovski kimi hərəkət etməsini məsləhət görə bilərəm.

Haland özünə “Borussiya”da dünya səviyyəli futbolçu olmaq üçün zaman verdi. Bu, qısa zamanda baş verə biləcək hadisə deyil. Haland “Real” kimi komandalara keçsə, əsas futbolçu ola bilməyəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button