Halanddan yeni rekord

“Borussiya” (Dortmund) Almaniya Bundesliqasının 15-ci turu çərçivəsində “Leyptsiq”ə 3:1 hesabı ilə qalib gəlib.

Komanda.az xəbər verir ki, bu oyunda Dortmund klubunun futbolçusu Erlinq Haland yeni rekorda imza atıb. Qarşılaşmada komandasının iki qolunu vuran norveçli futbolçu, Bundesliqadakı ilk 25 oyununda 25-ci dəfə fərqlənib. Bu, Bundesliqa tarixində ən yaxşı başlanğıcdır. Bundan əvvəlki ən yaxşı nəticə “Hamburq”un keçmiş futbolçusu Uve Zelerə məxsus idi. Zeler ilk 25 oyununda 23 qola imza atmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button