Çempionlar Liqasında yeni rekord

“Borussiya”nın (Dortmund) UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Zenit”ə 2:0 hesabı ilə qalib gəldiyi oyun futbolçusu Erlinq Haland üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, norveçli futbolçu turnirdə 10-cu oyununu keçirib. Haland yubiley oyununda komandasının ikinci qolunu vurub. Bu, futbolçunun turnirdə vurduğu 12-ci qolu olub.

Bu, turnirin tarixində rekorddur. Heç bir futbolçu Çempionlar Liqasındakı ilk 10 oyunda bu nəticəni göstərməyib.

Halanda qədər ən yaxşı göstərici üç futbolçuya aid olub. Bunlar 10 matçda 9 dəfə fərqlənən Simone İnzaqi (“Latsio”), Harri Keyn (“Tottenhem”) və Sadio Manedir (“Liverpul”).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button