Alkaserdən Halanda “miras” FOTO

“Borussiya”nın (Dortmund) hücumçusu Erlinq Haland forma nömrəsini dəyişib.

Komanda.az xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkə hesabından məlumat yayıb.  

Norveçli futbolçu yeni mövsümdən 9 nömrəli formanı geyinəcək. 9 nömrəli forma son olaraq Pako Alkaserə aid olub.

Haland keçən mövsüm “Borussiya”nın heyətində 17 nömrəli formada mübarizə aparıb.