“Haland bizim oyun üslubumuzu tutsa…” – de Bruyne

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunun matçında “Sevilya”nı məğlub etdikdən (4:0) sonra Erlinq Halandın hələ də komandaya uyğunlaşmalı olduğunu bildirib.

Komanda.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan belçikalı futbolçu, norveçli hücumçunun “Mançester Siti”nin oyun üslubuna öyrəşməli olduğunu deyib:

“Haland? O, komandaya çox yaxşı uyğunlaşdı. Amma qollardan başqa, oyunun başqa bir hissəsi də var və bu mənada uyğunlaşmaq daha çətindir. Haland bizim oyun üslubumuzu tutsa, daha da yüksək səviyyədə oynayacaq”.

Haland “Sevilya” ilə matçda komandasının iki qolunu vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button