“Bütün qaradərili futbolçuların İtaliyadan ayrılmasını istəyirəm” – Demba Ba

Hazırda “Başakşəhər”in şərəfini qoruyan Demba Ba son vaxtlar İtaliyada müzakirə mövzusu olan irqçiliklə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, seneqallı hücumçu, qaradərili futbolçuların İtaliyaya getməkdən imtina etmələrini istəyib:

“Bacaracağımı bilsəm belə, İtaliyada çıxış etməməyimin əsas səbəbi budur. Hazırda bütün qaradərili futbolçuların İtaliyadan ayrılmasını istəyirəm. Təbii ki, bu, azarkeşlərin axmaqlıqlarının və nifrətlərinin qarşısını almayacaq, amma ən azından onlar artıq digər irqlərin nümayəndələrinə təsir edə bilməyəcəklər”.

Son vaxtlar “İnter”in hücumçusu Romelu Lukaku azarkeşlərin irqçi şüarlarına məruz qalmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button