Hakimi “Real”a qayıdır və…

 “Borussiya” ilə icarə müqaviləsi iyunun sonunda başa çatacaq Əşrəf Hakiminin taleyinə aydınlıq gəlib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçi karyerasını müqavilə ilə məxsus olduğu “Real”da davam etdirəcək. O, mövsümün başa çatmasından sonra Madrid klubuna qayıdacaq və yeni müqavilə imzalayacaq. Yeni müqavilənin 2025-ci ilədək nəzərdə tutulacağı bildirilir.

2018-ci ilin yayında icarə əsasında “Borussiya”ya keçən Hakiminin “Real”la hazırkı müqaviləsi 2022-ci ilin iyununda başa çatır.