Haiti mətbuatından “Neftçi”yə keçən Geryeyə xatırlatma: “Bura sənin səviyyəndə deyil” yazmışdı, ancaq…”

Haitili futbolçu Donald Geryenin “Neftçi”yə transferi ölkəsində müsbət qarşılanmayıb.

Komanda.az xəbər verir ki, “haititempo.com” saytı, Geryenin “Qarabağ”dan ayrıldıqdan sonra Soni Nordenin “Zirə”yə keçməsi ilə bağlı edilən paylaşımda “olmaz qardaşım, bu, sənin səviyyən deyil” deyə, yazdığı rəyi xatırladıb. Bu səbəbdən də haitililər Geryenin “Qarabağ”dan sonra yenidən Azərbaycana qayıtmasını birmənalı qarşılamayıb:

“Gerye Soni Mustivarın yanında yenidən inkişaf etməyə çalışacaq. Ancaq onun Nordeyə ismarıcı yaddan çıxmayıb. Gerye Soniyə “bura sənin səviyyəndə deyil” yazmışdı, ancaq özü yenidən bu ölkədə çıxış etmək qərarına gəldi. Zaman sürətlə keçir və fikirlər də istənilən vaxt dəyişir”.

“Neftçi” Gerye ilə 1+1 şərti ilə müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button