“Neftçi”nin futbolçuları 3 qola üzüldü

Haiti milli komandası yoxlama oyununda qüvvəsini sınayıb.

Komanda.az xəbər verir ki, “Neftçi”nin futbolçuları Donald Gerye və Soni Mustivarın formasını geyindiyi Haiti yığması Boliviya ilə qarşılaşıb. Oyun Boliviyanın qələbəsi ilə başa çatıb – 3:1.

Gerye və Mustivar da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Mustivar 73-cü dəqiqədə əvəzlənibsə, Gerye həmin dəqiqədə meydana daxil olub.