Federasiya prezidenti cinsi zorakılıqda ittiham olunur

Haiti Futbol Federasiyasının prezidenti İv Jan-Bart gənc futbolçulara qarşı zorakılıqda ittiham olunur.

Komanda.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb. Hadisələrin son 5 ildə baş verdiyi bildirilir. Jan-Bartın milli təlim mərkəzində qızlara qarşı zorakılıq etdiyi deyilir. “Dadu” ləqəbli prezident isə ittihamı rədd edir.

Milli təlim mərkəzində çalışanlardan biri “The Guardian”a verdiyi açıqlamada, mərkəzdə işləyən bir qadının qızlara Jan-Bartla cinsi əlaqəyə girmək üçün təzyiqlər etdiyini deyib.