Haci sahibi olduğu klubda baş məşqçi postundan ayrıldı

Futbol üzrə Rumıniya yığmasının və Türkiyənin “Qalatasaray” klubunun sabiq futbolçusu George Haci sahibi olduğu “Viitorul” klubunun baş məşqçi postundan gedib.

Komanda.az xəbər verir ki, 55 yaşlı rumıniyalı mütəxəssis bu barədə açıqlamasında bildirib:

“2014-cü ildən klubda baş məşqçi kimi çalışıram və artıq işimi başa vururam. Bundan sonra akdemiyaya nəzarət edəcəm və uşaqlarla maraqlanacağam”.

Xatırladaq ki, Hacinin 2009-cu ildə yaratdığı “Viitorul” 2016/17 mövsümündə Rumıniya çempionu olub.