Hacı Əliyev finalda

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında yarımfinal görüşünə çıxıb.

Komanda.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda özbəkistanlı Umidjon Jalolovla qarşılaşıb.

Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev finala yüksəlməklə, ən azı gümüş medalı təmin edib.

Sərbəst güləşçilərdən Turan Bayramov (74) və Abubakr Abakarov (86) isə yarımfinala adlayıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button