Hacı Əliyev də Avropa Oyunlarının qalibi oldu

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

Komanda.az xəbər verir ki, iyunun 26-da daha 3 güləşçimiz mübarizəyə start verib.

Üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev debütdə erməni güləşçi üzərində parlaq qələbə qazanıb. Titullu idmançımız daha sonra yerli pəhləvana çətinliklə də olsa, qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə Ukraynanı təmsil edən erməni güləşçiylə qarşılaşan həmyerlimiz növbəti dəfə əzmkar qələbəyə sevinərək adını finala yazdırıb. Əliyev iyunun 27-də həlledici görüşdə olimpiya, dünya və Avropa çempionu olmuş Gürcüstan güləşçisiylə qarşılaşıb. Qarşılaşmada başdan sona kimi diqtə edən tərəf olan Hacı qızıl kolleksiyasına Avropa Oyunlarının titulunu da əlavə edib.

Nurməhəmməd Hacıyev ilk mərhələdə çətinlik çəkmədən polşalı rəqibini yolundan kənarlaşdırıb. Təmsilçimiz 1/4 finalda gürcü həmkarını da üstələyərək yarımfinala vəsiqə qazanıb. Ukrayna idmançısı üzərində də inamlı qələbə qazanan Hacıyev də finala adlayıb. Ancaq yarımfinalda aldığı zədə Nurməhəmmədə son görüşə çıxmağa imkan verməyib və təmsilçimiz gümüş medalla kifayətlənib.

İrina Netreba üçün start uğursuz olub. Yığma üzvü debütdə isveçli dünya və Avropa çempionuna uduzub.

Sərbəst güləş

65 kq
1/8 final – Hacı Əliyev – Valodya Franqulyan (ARM) 6:0
1/4 final – Hacı Əliyev – George Koliev (BLR) 7:5
1/2 final – Hacı Əliyev – Hor Oqannesyan (UKR) *4:4
FİNAL – Hacı Əliyev – Vladimir Xinceqaşvili (GEO) 10:2

97 kq
1/8 final – Nurməhəmməd Hacıyev – Radoslav Baran (POL) 8:0
1/4 final – Nurməhəmməd Hacıyev – Elizbar Odikadze (GEO) 7:3
1/2 final – Nurməhəmməd Hacıyev – Murazi Mçedlidze (UKR) 7:0
FİNAL – Nurməhəmməd Hacıyev – Abdulrəşid Sadullayev (RUS) -:+

Qadın güləşi

68 kq
1/8 final – Irina Netreba – Cenni Fransson (SWE) 1:3

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button