Həyat yoldaşı: İkardi müqaviləsini yeniləyəcək, amma…

“İnter”in hücumçusu Mauro İkardinin həyat yoldaşı və meneceri Vanda Nara, futbolçunun klubdakı gələcəyi haqqında danışıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun meneceri onun “İnter”də qalmasını istədiyini deyib:

“Son oyunda İkardinin komandaya xidməti daha az oldu, amma bu, onun səhvidir. Hər halda, onun üzərində təzyiq yoxdur. Nə mən, nə də İkardi klub rəhbərliyindən müqaviləni yeniləmək haqqında nəsə soruşmamışıq. Hər futbolçunun meneceri var. Biz də işimizdə şəffaf olmağa çalışmışıq.

Mən İkardinin uzun müddət “İnter”də qalmasını istəyərəm. Fikrimcə, o, müqaviləni yeniləcəyək, amma gələcəyi proqnozlaşdırmaq mümkün deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button