Vengerin Qətər arzusu

2018-ci ildə “Arsenal”ın baş məşqçi postundan ayrıldıqdan sonra heç bir klubda çalışmayan Arsen Venger açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 69 yaşlı mütəxəssis, məşqçilik karyerasını davam etdirmək istədiyini deyib:

“2022-ci ildə keçiriləcək dünya çempionatında bir yığmada işlədiyimi xəyal edə bilirəm. Ümid edirəm ki, üç il sonra məni Qətərdə bir komandanın “sükanı arxasında” görə bilərsiz. Nələr olacağını görəcəyik. Hər zaman dünya çempionatında iştirak etmək istəmişəm. Bu, çox fərqli hiss olar”.

1984-cü ildən baş məşqçilik karyerasına başlayan fransalı mütəxəssis, 1996-2018-ci illərdə “Arsenal”ı çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button